Yuxarı

Yollarda dəmir barmaqlıqları oğurlayan şəxslər yaxalandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yollarda dəmir barmaqlıqları oğurlayan şəxslər yaxalandı

Paytaxtın Binəqədi və digər rayonlarında avtomobil yollarında quraşdırılan suötürücü avadanlığın dəmir barmaqlıqları naməlum şəraitdə oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, həmin hadisələri törətməkdə şübhəli bilinən Təvəkkül Nuriyev və Seymur Əhmədov Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar. Araşdırmalar zamanı həmin şəxslərin paytaxt ərazisindəki yollarda 26 suötürücü qurğunun dəmir barmaqlığını oğurladıqları müəyyən edilib. Saxlanılan zaman onlardan şəxsi istifadələri üçün əldə etdikləri narkotik vasitələr də aşkarlanıb.

Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Təvəkkül Nuriyev və Seymur Əhmədov barələrində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Tarix
2022.02.17 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla