Yuxarı

Ələt-Astara yolunda ağır qəza: 23 nəfər yaralandı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:08

Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Axar.az-ın Report-a istinadən məlumatına görə, qəza nəticəsində fəhlələri daşıyan mikroavtobus, "Mersedes" və "Hunday" markalı minik avtomobilləri toqquşub.

Zərbənin təsirindən "Hunday" markalı avtomobil yolun kənarına aşıb.

İlkin məlumata görə, 15-dən yuxarı yaralı olduğu bildirilir. Onlar Cəlilabad və Masallı rayon mərkəzi xəstəxanalarına aparılıb.

***

Ələt-Astara yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində ağır yol qəzasında yaralı sayı 20-yə çatıb.

Cəlilabad Mərkəzi Xəstəxanasına 6, Masallı Mərkəzi Xəstəxanasına isə 14 yaralı gətirilib.

Yaralılara ilkin tibbi yardım göstərilir.

Hazırda onların şəxsiyyəti müəyyən olunur. Məlumata görə, yaralıların çoxu mikroavtobusda olan fəhlələrdir. Onların çiyələk sahəsindən getdikləri zaman qəzanın baş verdiyi bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

Ələt-Astara yolundakı qəzada yaralananların şəxsiyyəti məlum olub.

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən xəstələr bunlardır:

1. 1964-cü il təvəllüdlü İbadullayeva Zabitə Kərimulla qızı, Masallı rayonunun Qarğalıq kənd sakini

2. 1972-ci il təvəllüdlü Qəmbərov Yadigar Heybət oğlu, Masallı rayonunun Qarğalıq kənd sakini

3. 1978-ci il təvəllüdlü Cəfərova İlhamə Şücayət qızı, Masallı rayonunun Qarğalıq kənd sakini

4. 1961-ci il təvəllüdlü Vəliyeva Həlimə İbadulla qızı, Masallı rayonunun Qarğalıq kənd sakini

5. 1990-cu il təvəllüdlü Orucova Tutu Məcnun qızı, Masallı rayonunun Qarğalıq kənd sakini

6. 1987-ci il təvəllüdlü Əliyev Tofiq İdris oğlu, Masallı rayonu Əhmədli kəndi

7. 1961-ci il təvəllüdlü Ələkbərova Mahbani Xanbalı qızı, Masallı rayonunun Qarğalıq kənd sakini

8. 1972-ci il təvəllüdlü Əliyeva Səmilə Şahhüseyn qızı, Masallı rayonunun Qarğalıq kənd sakini

9. 1978-ci il təvəllüdlü Əliyeva Vəfa Mirtagı qızı, Masallı rayonunun Qarğalıq kənd sakini

10. 1985-ci il təvəllüdlü Hüseynova Şəlalə Zəkulla qızı

11. 1977-ci il təvəllüdlü Qəmbərova Ruhiyyə İxtiyar qızı, Masallı rayonunun Qarğalıq kənd sakini

12. 1976-cı il təvəllüdlü Gülverdiyeva Xalidə

13. 1990-cı il təvəllüdlü Ağazadə Allahyar Şəmsəddin oğlu

14. 1991-ci il təvəllüdlü Qədirova Sevər Mirtagı qızı

15. Əzizova Nuranə Kamal qızı.

16. Əliyeva Fəxriyyə Adna qızı.

17. Şirinova Nuriyyə Əlibala qızı

18. Orucova Şahbəyim İbadulla qızı

19. Əliyeva Tunar

20. 2006-cı il təvəllüdlü Əliyev Habil Elbrus

21. Fərəcova Xuraman Heydər qızı

22. Abbasova Xalidə Musaxan qızı

23. İmanova Şəmsiyyə Rəfi qızı.

Qeyd edək ki, vəziyyətləri ağır olan Sevər Qədirova və Fəxriyyə Əliyeva paytaxt xəstəxanalarından birinə göndərilib.

Tarix
2022.06.23 / 22:00
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla