Yuxarı

Marneulidəki qətli Azərbaycan vətəndaşı törədib

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Marneulidəki qətli Azərbaycan vətəndaşı törədib

İyulun 3-də Marneulidə "Aydan” şadlıq sarayının ərazisində baş verən qətl hadisəsini 22 yaşlı Azərbaycan vətəndaşı törədib.

Axar.az xəbər verir ki, onun Azərbaycan vətəndaşı olduğu barədə məlumatı Gürcüstan Baş Prokurorluğu yayıb.

Baş Prokurorluq ağırlaşdırıcı şəraitdə adamöldürmə, qanunsuz şəkildə odlu silah və döyüş sursatı əldə etmək, saxlamaq, gəzdirmək, daşıma, həmçinin odlu silah və döyüş sursatını gömrük sərhədindən qanunsuz olaraq keçirmək və dövlət sərhədini qanunsuz keçmə maddələri əsasında ittiham irəli sürüb. Daxili İşlər Nazirliyi tərəfindən aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, Azərbaycan Respublikasının vətəndaşı F.D keçmişdə yaranmış mübahisə zəminində qisas məqsədi ilə tapançadan 45 yaşlı şəxsə bir neçə dəfə atəş açıb. Zərəçəkmiş aldığı çoxsaylı yaralar nəticəsində xəstəxanaya gətirildikdən dərhal sonra vəfat edib.

İstintaq nəticəsində həmçinin müəyyən edilib ki, təqsirləndirilən şəxs 2022-ci ilin iyun ayında Gürcüstanın dövlət sərhədini qanunsuz şəkildə keçib, həmçinin qanunsuz olaraq ölkəyə odlu silah və döyüş sursatı gətirib. Hüquq-mühafizə orqanlarının əməkdaşları F.D-nı 5 iyul tarixində həbs ediblər.

Qeyd olunub ki, saxlanılan şəxsi 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.

Tarix
2022.07.06 / 22:39
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədən Azərbaycana haqlı irad: Qardaş dar gündə...

Abbas Abbasovun nəşi Azərbaycana gətirilir

Ələkbərov bir ildə ən çox qazanan iş adamı oldu

Ərdoğan İlham Əliyevə zəng etdi

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla