Yuxarı

Kasıbları təhqir edən Bağırov öldü

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə ay öncə bahalı maşınla magistralda şütüyən, insanları təhqir edən Samid Bağırov dünyasını dəyişib.

Axar.az Proses.az-a istinadən xəbər verir ki, Samid Bağırovun ürək tutmasından vəfat etdiyi bildirilir.

Onu da bildirək ki, Samidin bu il 8 ildən sonra ilk övladı dünyaya gəlib.

Yada salaq ki, bir neçə ay öncə sürətlə avtomobil idarə edən Samid Bağırov ətrafdakılara təhqiredici ifadələr işlədib: “Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”, - deyə video çəkib paylaşmışdı.

Görüntülərdə onun təhlükəsizlik kəmərindən istifadə etmədiyi və avtomobili yüksək sürətlə idarə etdiyi aydın görünürdü.

Həmin video yayıldıqdan sonra Samid Bağırov polis tərəfindən saxlanmış, polis idarəsində profilaktiki söhbət aparıldıqdan və xəbərdarlıq edildikdən sonra sərbəst buraxılmışdı.

O, əməlindən peşman olduğunu qeyd edərək üzrxahlıq etmişdi.

Tarix
2022.07.06 / 23:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla