Yuxarı

Sükan arxasında ürək tutmasından keçindi - Foto

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçayda yol qəzası baş verib.

Axar.az xəbər verir ki, hadisə günorta saatlarında Göyçay şəhərinin Nizami küçəsində qeydə alınıb. İlkin məlumata görə, rayonun Mallı-Şıxlı kənd sakini, 54 yaşlı Fəxrəddin Xəlilov idarə etdiyi VAZ 2107 markalı avtomobillə hərəkətdə olarkən sükan arxasında qəflətən ürək tutmasından keçinib. Avtomobil yolun əks istiqamətində, küçənin kənarında dayanmış Göyçay şəhər sakini, 52 yaşlı İsmixan Mehdiyevə məxsus VAZ 2109 markalı avtomobilə çırpılıb. Hadisə zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.

Dünyasını dəyişən Fəxrəddin Xəlilov yaxınlıqdakı insanların köməyi ilə əzilmiş avtomobildən çıxarılaraq rayon mərkəzi xəstəxanasına aparılıb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Tarix
2023.02.08 / 19:18
Müəllif
Axar.az
Digər xəbərlər

Antonio Koşta İlham Əliyevə zəng etdi

Bakı və Anlara Suriyanın yeni quruculuğunda birgə fəaliyyət göstərir

Ayxan Hacızadə Paşinyana cavab verdi

MB-dən yeni qərar: Kredit faizlərinə necə təsir edəcək?

Bakı və İrəvan arasında saziş bu tarixdə imzalanacaq

Seçki Məcəlləsindəki bu qaydalar dəyişilməlidir - Deputat

Karasevin Bakıya dil uzatmasına Kremldən cavab

Medvedyev: Əliyevin sonuncu sərt bəyanatlarından sonra...

İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi

Paşinyan Kremli şantaj edir, AB-ni isə aldatmaq istəyir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla