Yuxarı

Azərbaycan vətəndaşları 72 ölkəyə vizasız gedə bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan vətəndaşları 72 ölkəyə vizasız gedə bilər

Azərbaycan “Henley & Partners” şirkətinin 2025-ci ilin I rübü üçün dərc edilmiş Dünya Pasport İndeksində 70-ci yerini qoruyub.

Axar.az xəbər verir ki, Azərbaycan vətəndaşları 72 ölkəyə vizasız səfər edə bilərlər.

Reytinq cədvəlində Gürcüstan Moldova ilə birlikdə 44-cü yeri (122 vizasız istiqamət) bölüşüb. Ermənistan da 68 vizasız istiqamətlə 74-cü yerdə mövqeyini saxlayıb.

Bu il Sinqapur pasportu ən güclü pasportdur. Bu ölkənin vətəndaşları 195 ölkəyə vizasız və yaxud çatdıqdan sonra viza almaqla səyahət edə bilərlər.

İkinci yeri Yaponiya tutub, bu ölkənin vətəndaşları üçün 193 istiqamət vizasız əlçatandır.

3-cü yerdə Finlandiya, Fransa, İtaliya, Almaniya, Cənubi Koreya və İspaniya (192 ölkə və ərazi) qərarlaşıb. 4-cü yeri Avstriya, Danimarka, İrlandiya, Lüksemburq, Niderland, Norveç və İsveç bölüşüb, bu ölkələrin vətəndaşları 191 ölkəyə vizasız və yaxud çatdıqdan sonra viza almaqla səyahət edə bilərlər. İlk 5-liyi Belçika, Yeni Zelandiya, Portuqaliya, İsveçrə və Böyük Britaniya (190 ölkə) tamamlayır.

İlk onluğa Avstraliya, Yunanıstan (189 ölkə); Kanada, Malta, Polşa (188 ölkə); Çexiya, Macarıstan (187 ölkə); Estoniya, ABŞ (186 ölkə); Latviya, Litva, Sloveniya, BƏƏ (185 ölkə) daxildir.

Türkiyə və Rusiya reytinqdə 46-cı yeri tutub.

İndeks dünyanın ən böyük və dəqiq turizm məlumat bazasını dəstəkləyən Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IAТA) eksklüziv və rəsmi məlumatlarına əsaslanır.

Tarix
2025.01.09 / 18:02
Müəllif
Axar.az
Digər xəbərlər

Şahin Mustafayev Məsud Pezeşkianla görüşdü

Azərbaycan və Belarus hərbi əməkdaşlığı müzakirə etdi

Türkiyə MN Naxçıvandakı təlimdən video yaydı

Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto

Putindən fərman: Azərbaycanla bağlı qadağa...

İran səfiri Simonyanla görüşdü

İlham Əliyev Pezeşkiana zəng etdi

AB Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək

İlham Əliyev FİFA-nın prezidentini qəbul etdi - Foto

“Bazar günü nə baş verib?” - Prezidentin sərrast cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla