Yuxarı

Türkiyə vətəndaşı TIR-la qəza törətdi: ölən var

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balakəndə Türkiyə vətandaşının idarə etdiyi TIR-la minik avtomobili toqquşub, ölən var.

Axar.az APA-ya istinadən xəbər verir ki, hadisə axşam saat 19 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhədi avtomobil yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

1976-cı il təvəllüdlü Balakən rayon sakini Kənan Abdulla oğlu Ağayevin idarə etdiyi “Mersedes" markalı 10 RO 610 dövlət nömrə nişanlı minik avtomobili ilə Türkiyə vətandaşı 1992-ci il təvəllüdlü Mustafa Makar Nurəddin oğlunun idarə etdiyi iritonnajlı TIR toqquşub.

Qəza zamanı "Mersedes" markalı avtomobilin sürücüsü K.Ağayev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib və onun meyiti sükan arxasında sıxılmış vəziyyətdə qalıb.

K.Ağayevin meyiti Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən çıxarılaraq əraziyə çağrılmış Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin həkim briqadasına təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2024.06.21 / 20:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İranı silkələyən azərbaycanlı: Onu seçkiyə niyə buraxdılar?

Obrayenin gəlişi ərəfəsində Bakının bu addımı…

Bayramov Kobaxidze ilə görüşdü

Zakir Həsənov Macarıstana səfər etdi

Onların rahat səs verməsi üçün... – MSK sədri

Bu dairə seçki komissiyalarının tərkibində dəyişiklik oldu

Prezident İnger Andersonu qəbul etdi

Obrayen təkliflə gəlir: Bakının əsas tələbi nədir?

Bu azərbaycanlılar Pezeşkiana qarşı çağırış etdi

Sülh sazişi razılaşdırılıb, bir ay ərzində... - Mirzoyan

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla