
Beş idmançımız 1/8 finala yüksəldi
23:18
Ana səhifə Hadisə |
![]() ![]() ![]() ![]() |
Xaçmaz rayonunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə Xaçmaz-Niyazabad avtomobil yolunda qeydə alınıb.
Beləki, "Toyota Prado" markalı nəqliyyat vasitəsi qarşı tərəfdən hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobilinə çırpılıb.
Qəza nəticəsində Xaçmaz rayon sakinləri - 1995-ci il təvəllüdlü A.Qurbanova, 1996-cı il təvəllüdlü N.Qurbanova, 1987-ci il təvəllüdlü E.Qurbanov, 2014-cü il təvəllüdlü İ.Qurbanzadə, həmçinin Bakı şəhər sakini 1992-ci il təvəllüdlü L.Hümbətzadə müxtəlif dərəcəli bədən xəsarəti alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Tarix
2024.08.18 / 19:55
|
Müəllif
Axar.az
|