Yuxarı

Prezident Dik Şufla görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident Dik Şufla görüşdü

17:36

Oktyabrın 2-də Kopenhagendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Niderland Krallığının Baş naziri Dik Sxof ilə görüşü olub.

Axar.az xəbər verir ki, Niderlandın Baş naziri Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması ilə bağlı Vaşinqtonda əldə olunmuş nəticələrlə əlaqədar dövlətimizin başçısına təbriklərini çatdıraraq, bunun mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Prezident İlham Əliyev də öz növbəsində Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın şahidliyi ilə Ermənistanla Azərbaycan arasında imzalanmış Vaşinqton Bəyannaməsinin və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair sənədin regional sülh baxımından əhəmiyyətinə toxundu, iki ölkə arasında artıq sülhün mövcud olduğunu qeyd etdi.

Görüşdə Niderland şirkətlərinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyi vurğulandı, bunun gəmiçilik, limanların qurulması, elektrik sənayesi, kənd təsərrüfatı, şəhərsalma və digər sahələri əhatə etdiyi qeyd olundu.

Söhbət zamanı Azərbaycanla Niderland arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.

Niderlandın Baş naziri ölkəmizdə COP29-un uğurla keçirilməsi münasibətilə təbriklərini çatdırdı və həmin tədbir çərçivəsində beynəlxalq iqlim gündəliyi ilə əlaqədar ciddi nəticələrin əldə olunduğunu qeyd etdi.

Tarix
2025.10.02 / 18:25
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyanın 2031-ci il hədəfi nəyə hesablanıb? - 5 illik plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla