Yuxarı

Vüsal Aslanov rəisi işdən çıxardı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vüsal Aslanov rəisi işdən çıxardı

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Təchizat Departamentinin rəisi Tərlan Həsənli işdən çıxarılıb.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin sədri Vüsal Aslanov əmr imzalayıb.

Tərlan Həsənli öz ərizəsi ilə vəzifəsindən azad olunub.

Qeyd edək ki, bu ilin avqust ayında "Bakı Metropoliteni" QSC-nin Maliyyə departamentinin rəisi Asəf İsgəndərli və Təchizat Departamentinin rəisi Tərlan Həsənlinin işdən çıxması ilə bağlı məlumat yayılmışdı. Lakin "Bakı Metropoliteni" Asəf İsgəndərlinin işdən ayrılmasını təsdiqləsə də, Tərlan Həsənli ilə bağlı yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirmişdi.

Məlumata görə, Asəf İsgəndərli "ATS Food" MMC-də baş maliyyə direktoru, Tərlan Həsənli isə "Agro Chain" MMC-nin baş icraçı direktoru təyin edilib.

Tarix
2025.10.02 / 20:43
Müəllif
Axar.az
Digər xəbərlər

Leysan Məmmədov vəzifəsindən azad olundu

Hikmət Hacıyev Qarabağ müharibəsi ilə bağlı film paylaşdı

Növbəti dövrü Türk Əsri etmək üçün... - Ərdoğan

Azərbaycan BMT-də bəyanat yaydı

İlham Əliyev Türkiyəyə niyə getmədi? - Təhlil

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Azərbaycanla sülh 400 illik bağlanmalıdır

İlham Əliyev Türkiyəyə getməyəcək - Təcili

Əli Əsədov Gürcüstanda səfərdədir - Foto

Ukraynalı nazir İlham Əliyevə təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla