Yuxarı

Əsədi Moskvada kim və nə məqsədlə zəhərləyib?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əsədi Moskvada kim və nə məqsədlə zəhərləyib?

Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Moskvada zəhərlənməsi ilə bağlı əsas sual budur: Onu kim(lər) və nə məqsədlə zəhərləmək istəyib?

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Bəşər Əsədin zəhərlənməsi haqda məlumatı şərh edərkən qeyd edib.

O bildirib ki, Rusiyanın kəşfiyyat strukturları Kremlin hədəf seçdiyi insanları zəhərləmək təcrübəsinə malikdir:

“Rusiyanın xüsusi xidmət strukturları ölkə içində və xaricində müvafiq əməliyyatlar keçiriblər. Ancaq məsələ burasındadır ki, zəhələnənlər Kremlə müxalif olan şəxslər idi. Bəşər Əsəd isə Kremlin siyasi sığınacaq verdiyi və illərlə onu dəstəklədiyi şəxsdir. İlk baxışdan Kremlin onu zəhərləməsi məntiqi görünmür. Suriyada hakimiyyəti ələ keçirən qüvvələrin də Əsədi zəhərləmək imkanı yoxdur.

Buna baxmayaraq, Əsəd Kremlə maneədir. Rusiya hakimiyyəti Bəşər Əsədə və onun ailəsinə Rusiya ərazisində sığınacaq versə də, Kreml Suriyada Əsədi devirən Şara hakimiyyəti ilə dialoq qurub və əməkdaşlığı genişləndirmək istəyir. Elə bu gün Suriyanın Baş Qərargah rəisi, general-mayor Əli ən-Naasanın rəhbərlik etdiyi nümayəndə heyətinin Moskvaya səfəri başlayıb, müxtəlif görüşlər planlaşdırılır. Kremlin Şara ilə yaxşı münasibətləri Rusiyaya bu ölkədə hərbi bazalarını saxlamağa imkan verir. Kreml bu səbəbdən Əsədə tapşırıb ki, Suriyanın yeni hakimiyyətinə qarşı açıqlama və ya bəyanat verməsin. Ancaq Şara Moskvanın Əsədi və onun ailə üzvlərini törətdikləri cinayətlərə görə Suriyaya təhvil verməsini istəyir. Şaranın bu istəyini yerinə yetirməyən Kreml eyni zamanda Əsədin fiziki yoxluğunda da maraqlı ola bilər”.

Tarix
2025.10.02 / 21:32
Müəllif
Axar.az
Digər xəbərlər

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla