Yuxarı

Biləsuvar xəstəxanasında ölən uşaqla bağlı rəsmi açıqlama

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Biləsuvar xəstəxanasında ölən uşaqla bağlı rəsmi açıqlama

10 noyabr saat 17:30 radələrində 2020-ci il təvəllüdlü azyaşlı (qadın cinsli) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Axar.az xəbər verir ki, bu barədə TƏBİB ötən gün Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişən 4 yaşlı N.Ə ilə bağlı məlumatında bildirib.

Bildirilib ki, ona ürək və tənəffüs çatışmazlığı diaqnozu qoyulub.

Reanimasiya şöbəsinə yerləşdirilən azyaşlıya zəruri tibbi müdaxilələrə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, ölüm faktı qeydə alınıb. Meyit təşrih olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisə dünən rayonuun Xırmandalı kəndində baş verib. Kənd sakini, 2020-ci il təvəllüdlü N.Ə-nin qəfil halının pisləşməsini görən valideynləri uşağı Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Tarix
2024.12.11 / 18:43
Müəllif
Axar.az
Digər xəbərlər

Hesablama Palatası QHT Agentliyində nələr aşkarladı? - Faktlar

Kamran Əliyev İran səfirini qəbul etdi - Foto

Bakının önəmli mərkəz qismində əhəmiyyəti artmaqdadır

İrəvanda Türkiyə bayrağı yandırıldı - Bakıdan reaksiya

Azərbaycan qlobal güc balansını dəyişə bilər – Almaniya KİV-i

Azərbaycandan keçməklə Ermənistana buğda göndərildi

“Telegraf” Türkiyədən üzr istədi – Nə baş verir?

5 gəmimiz AB-nin sanksiya siyahısından çıxarıldı - Foto

"Qarabağ"ı uduzduran, "Sabahı" himayə edən kimdir?

Azərbaycan BMT-nin beynəlxalq vasitəçilik sazişinə qoşuldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla