Yuxarı

Kürəkəni dəhşətli qəza törətmişdi: indi özü məhkəməlik oldu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kürəkəni dəhşətli qəza törətmişdi: indi özü məhkəməlik oldu

"Qurtuluş 93 Residence" Mənzil-Tikinti Kooperativinin direktoru barəsində heç bir qanuni icazə olmadan yaşıllıqları məhv etməsi, çoxillik ağacları kəsməsinə görə cərimə protokolu tərtib edilib.

Axar.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, MTK barəsində İnzibati Xətalar Məcəlləsinin 253-1.2.1 maddəsi ilə protokol tərtib edilib və işə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.

Sözügedən maddəyə əsasən, icra hakimiyyəti orqanının rəyi olmadan və ya nəzərə alınmadan yaşıllıqların götürülməsi barədə qərarın qəbul edilməsinə görə fiziki şəxslər 1000 manat, vəzifəli şəxslər 5000 manat, hüquqi şəxslər 15000 manat miqdarında cərimə edilir.

İşə hakim Şəfəq Məmmədovanın sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, "Qurtuluş 93” MTK-nın rəhbəri Məhərrəm Novruzovdur. Məhərrəm Novruzov ötən il kürəkəni Elşad Kəlbəliyevin sərxoş vəziyyətdə idarə etdiyi "Range Rover”lə Novxanı-Sumqayıt yolunda törətdiyi və 4 nəfərin öldüyü qəzayla gündəmə gəlmişdi. Bu hadisədən bir ay sonra isə M.Novruzovun xanımı Gülnar Hüseynova "Mercedes Galandewagen”lə Abşeronda qəza törətmiş, nəticədə iki nəfər yaralanmışdı.

Tarix
2024.12.19 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tokayevi Azərbaycana dəvət etdi

Həsən Həsənov Ramiz Mehdiyevlə bağlı sirləri açdı

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

Prezidentlər Süni İntellekt Mərkəzində... - Foto

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

Astanada Heydər Əliyevin ən sevdiyi mahnı... - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla