Yuxarı

YUĞ teatrında tamaşa yarımçıq dayandırıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
YUĞ teatrında tamaşa yarımçıq dayandırıldı

Azərbaycan Dövlət YUĞ Teatrında nümayiş olunan “Asılqan” tamaşası yarımçıq dayandırılıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, tamaşa zamanı aktyor Elşən Əsgərov dəmir asılqana ilişərək, ayağını zədələyib.

Bundan sonra aktyor tamaşaçılardan üzr istəyərək tamaşanın yarıda dayandırılmasını istəyib.

YUĞ Teatrının rəhbərliyi sosial şəbəkədə məsələ ilə bağlı üzrxahlıq edib.

Mətndə deyilir:

"Əziz tamaşaçılar! Bugünkü tamaşa zamanı aktyorumuzun səhhəti ilə bağlı gözlənilməz hadisə baş verdiyindən tamaşa yarımçıq dayandırılmışdır. Tamaşaçılarımıza göstərdikləri anlayış üçün təşəkkür edir, aktyorumuza tezliklə sağalmağı arzulayırıq".

Qeyd edək ki, YUĞ teatrının binası 2016-cı ildə sökülüb. Teatr binasız qalması səbəbindən tamaşalarını Azərbaycan Dövlət Kukla Teatrının kiçik məşq zalında göstərməli olur.

Tarix
2025.03.16 / 22:08
Müəllif
Axar.az
Digər xəbərlər

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Vurulan gəmi Mənsimovundur – Təcili

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

Əliyevin büstünə görə erməni məhkəməyə çıxarılır

Prezident xanım səfiri qəbul etdi - Foto

Prezidentlə görüşdə Azərbaycan dilində danışdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla