Yuxarı

Polad Ömərov ABŞ-da qətl hazırlamaqda təqsirli bilindi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polad Ömərov ABŞ-da qətl hazırlamaqda təqsirli bilindi

ABŞ məhkəməsi kriminal avtoritet Polad Ömərovu iranlı jurnalist və hüquq müdafiəçisi Məsih Əlinejadın qətlini hazırlamaqda təqsirli bilib.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, qərarı andlılar məhkəməsi qəbul edib, yekun hökm isə sentyabrın 17-də elan olunacaq.

P.Ömərovla birgə iş üzrə adı keçən Azərbaycan vətəndaşı Rafət Əmirov da təqsirli bilinib.

İstintaqla müəyyən olunub ki, Əmirov və Ömərov 2022-ci ilin iyulunda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək vəzifəli üzvlərinin sifarişi əsasında Nyu Yorkda yaşayan İran hakimiyyətinin qəti tənqidçisi, xanım jurnalist M.Əlinejadın qətlini hazırlayıblar. Hər iki şəxsə bunun müqabilində 500 min ABŞ dolları vəd edilib. İstintaqın məlumatlarına əsasən, İran kəşfiyyatının agentləri bundan öncə də onun oğurlanmasını planlaşdırıblar, lakin cəhdlər uğursuz olub.

Əmirov və Ömərov ABŞ vətəndaşı olan Xalid Mehiyevə M.Əlinejadı qətlə yetirməsi üçün 30 min ABŞ dolları ödəyiblər. Lakin sui-qəsd baş tutmayıb, belə ki, M.Əlinejad evinin ətrafında şübhəli hərəkətlər gördüyündən vaxtında gizlənə bilib. Elə həmin gün polis killeri avtomobili ilə yol hərəkəti qaydalarını pozduğuna görə saxlayıb və maşının salonunda avtomat aşkarlayıb.

P.Ömərov beynəlxalq order əsasında Çexiyada saxlanılıb və daha sonra ABŞ-a ekstradisiya edilib.

Əmirov və Ömərov ümumilikdə beş maddə — sifarişli qətl (10 ilədək azadlıqdan məhrum etmə), sifarişli qətlin yerinə yetirilməsi məqsədilə sözləşmə (10 ilədək azadlıqdan məhrum etmə), pul yuyulması məqsədilə sözləşmə (10 ilədək azadlıqdan məhrum etmə), hədə-qorxu ilə tələb etmək məqsədilə adam öldürməyə cəhd (10 ilədək azadlıqdan məhrum etmə), odlu silahın saxlanılması və istifadəsi (5 il müddətinə və yaxud ömürlük həbs) üzrə təqsirli sayılıb.

Qeyd edək ki, P.Ömərov əslən Gürcüstanın Dmanisi rayonundandır.

Tarix
2025.03.22 / 20:11
Müəllif
Axar.az
Digər xəbərlər

Rixard Raşi Azərbaycana gəldi

Kılıç və Qrono sülh prosesini müzakirə etdi

Azərbaycanlı və erməni ekspertlər Londonda - Foto

Britaniya səfirinin diplomatik fəaliyyəti başa çatdı

Şərif İlham Əliyevə zəng etdi: Bakıya gələ bilmir!

Əliyevin səfərində mühüm məqam: 3 milyon vətəndaş...

Onlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar

Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi - Foto

Bakı neftinin ilk partiyasını daşıyan tanker Yaponiyaya çatdı

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla