Yuxarı

"Qarabağ"ın "Kəhər"i stadiona buraxılmayıb? - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ" klubunun maskotu "Kəhər"in UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Qarabağ" - "Şkendiya" matçı zamanı polislər tərəfindən stadiona buraxılmaması ilə bağlı sosial şəbəkələrdə videolar paylaşılıb. Hətta videolarda maskotun formasının cırıldığı da qeyd olunub.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a açıqlama verən "Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev "Kəhər"in stadiona buraxılmaması ilə bağlı yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib.

"Maskotun geyimi zədələnməyib. Geyimin yan hissələri düyməli olduğundan, həmin düymələr açılıb və geyim maskotun əynindən çıxıb. Polis əməkdaşları ona kömək göstərmək istədikləri zaman kənardan izləyənlər hadisəni yanlış başa düşüblər. Stadionda olan hər bir azarkeş maskotun oyunun əvvəlindən sonunadək stadionda olduğunu görüb", - A.Hacıyev deyib.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Tarix
2025.08.13 / 12:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Ukraynaya yardım göndərir - Video

Bayram Beqay İlham Əliyevi təbrik etdi

Trampın Nobelə namizədliyi: Əliyevin dəstəyi...

Cəmil Ünal da Bakıya qarşı çıxdı - Nəyi anlamır?

Paşinyan Zəngəzurla bağlı göstəriş verdi

Dünyanın ən təhlükəli ölkələri: Azərbaycan neçənci yerdədir?

Bakı İrəvandan tələb olunan təzminatdan imtina edir?

Arakçıdan Zəngəzur dəhlizi ilə bağlı Mirzoyana “təlimat”

Mirzoyan Boçorişvili ilə danışdı, sülhü müzakirə etdi

Azərbaycan Rusiyanın bu ordusundan qat-qat üstündür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla