Yuxarı

Bu institutlar birləşdirilir: İşçi qrupu yaradıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidentinin "Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, nazirliyin tabeliyində olan bir sıra elmi-tədqiqat institutlarının struktur baxımından optimallaşdırılması nəzərdə tutulur.

Axar.az Modern.az-a istinadən xəbər verir ki, elmi idarəetmənin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edən, institutlararası əməkdaşlığın gücləndirilməsi baxımından mühüm strateji sənəd olan Sərəncam əsasında oxşar və bir-birini tamamlayan istiqamətlər üzrə fəaliyyət göstərən institutlar birləşdirilərək ixtisaslaşmış 8 institut - Geologiya, Coğrafiya, Fizika, Kimya, Riyaziyyat, Botanika, Canlı Sistemlər və Molekulyar Biologiya institutları - yaradılacaq. Eyni zamanda müasir elmi infrastruktur və beynəlxalq standartlara cavab verən tam yeni 2 elmi müəssisə formalaşdırılacaq.

Məsələ ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, elm və təhsil naziri Emin Əmrullayev tərəfindən sərəncamın icrasının təmin edilməsi barədə əmr imzalanmış, tədbirlər planı və işçi qrupu müəyyən edilib.

Qurumdan verilən məlumata görə, Elm və Təhsil Nazirliyinin müvafiq struktur bölmələri tərəfindən hazırda həmin tədbirlər planına uyğun istiqamətdə işlər aparılır və müvafiq müzakirələr gedir.

Əlavə olaraq qeyd edilib ki, Nazirlər Kabinetinin 2017-ci il 4 dekabr tarixli 527 nömrəli Qərarı ilə yaradılan Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti tədris ilində baş tutacaq ilk iclasında bu məsələ müzakirəyə qoyulacaq.

Tarix
2025.08.13 / 12:43
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Ukraynaya humanitar yardım göndərir - Video

Bayram Beqay İlham Əliyevi təbrik etdi

Trampın Nobelə namizədliyi: Əliyevin dəstəyi...

Cəmil Ünal da Bakıya qarşı çıxdı - Nəyi anlamır?

Paşinyan Zəngəzurla bağlı göstəriş verdi

Dünyanın ən təhlükəli ölkələri: Azərbaycan neçənci yerdədir?

Bakı İrəvandan tələb olunan təzminatdan imtina edir?

Arakçıdan Zəngəzur dəhlizi ilə bağlı Mirzoyana “təlimat”

Mirzoyan Boçorişvili ilə danışdı, sülhü müzakirə etdi

Azərbaycan Rusiyanın bu ordusundan qat-qat üstündür

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla