Yuxarı

Gəncənin adını kim bərpa edib? – Tarixi fakt

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncənin adını kim bərpa edib? – Tarixi fakt

Azərbaycan adlı coğrafiyanın ən gözəl şəhərlərindən biri Gəncədir. Tarixin bütün dövrlərinə aid qaynaq və mənbələrdə Gəncə adına rast gəlmək olur. Müxtəlif illərdə şəhərin adı bir neçə dəfə dəyişdirilib. Yaxın tarixə nəzər salsaq, 1804-cü ildən 1918-ci ilə qədər Rusiya imperiyasının hakimiyyəti illərində Gəncə rus çarı I Aleksandrın həyat yoldaşı Yelizavetanın şərəfinə Yelizavetpol adlandırılıb.

Şəhərin adının yenidən Gəncə adlandırılması ilə müxtəlif tarixi faktlar yazılır, çox təəssüf ki, yanlışıqlara rast gəlmək olur. Məsəl üçün qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra hökumətin 30 iyul 1918-ci il tarixli qərarı ilə Yelizavetpolun tarixi adı – Gəncə bərpa edildi. Bəli, bu Cümhuriyyətin qərarı idi. Lakin Gəncə şəhərinin adını özünə o dövrdə qaytaran Nuru Paşa olub. Bunu təsdiq edən Rusiya imperiyasının Qafqaz bölgəsində dövri nəşri olan "Kavkaz" qəzetinin 129 sayında, 26 iyun 1918-ci il buraxılışında dərc edilən məlumata diqqət verin. Qəzetdə yazılır:

“Zaqafqaziya Teleqraf Agentliyinin Bakı istiqamətində ezam olunmuş xüsusi müxbirinin məlumata görə, Nuru Paşanın əmri ilə Yelizavetpolun adı dəyişdirilərək Gəncə adlandırılmışdır. Vağzalda köhnə adı olan rus lövhələri götürülərək türk lövhələri ilə əvəz edilib”.

Qeyd edim ki, 1918-ci ilin mart ayında Nuru Paşa və onun rəhbərliyi altında heyət İstanbuldan Azərbaycana yollandı. Məhəmməd Əmin Rəsulzadə Nuru Paşanın mayın 25-də Gəncəyə gəlişindən yazırdı: “…Gəncə Nuru Paşanı göydən enmiş xilaskar bir mələk kimi qəbul etmişdi. Xalqın ona göstərdiyi istiqbal Gəncə tarixində görünməmişdi”.

1935-ci ildə Gəncənin adı dəyişdirilərək Sergey Kirovun adı ilə Kirovabad adlandırıldı. 1989-cu ildə Gəncənin tarixi adı bir daha bərpa edildi.

Tarix
2025.08.13 / 14:18
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Qarakənd faciəsindən 34 il ötür

Ağdamın azad olunmasından 5 il ötür

Əliyevin Daşkəndə səfərindən eksklüziv görüntülər - Video

Əliyevalar Yeni Klinikada mərkəzlərin açılışında - Foto

Səhv məlumata görə iki nəfəri öldürdüm - Qətlin təfərrüatı

Heydər Əliyevin tərcüməçisi buna görə qovulubmuş

Füzuli sakinləri Berdiməhəmmədova məktub ünvanladı

Banqkoka uçan təyyarə Bakıda məcburi eniş etdi

Leyla Əliyeva Beynəlxalq STEAM festivalında

Keniya prezidenti azərbaycanlı naziri qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla