Yuxarı

Azərbaycan - Ukrayna matçı heç-heçə bitdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan - Ukrayna matçı heç-heçə bitdi

19:08

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində bu gün Bakıda üz-üzə gələcək Azərbaycan və Ukrayna yığmalarının start heyətləri açıqlanıb.

Axar.az xəbər verir ki, komandalar saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək matçda meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

Azərbaycan: 1. Şahrudin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 14. Elvin Bədəlov, 21. Qismət Alıyev, 8. Emin Mahmudov, 15. Abdula Xaybulayev, 10. Mahir Emreli, 19. Nəriman Axundzadə, 9. Renat Dadaşov

Ukrayna: 12. Anatoli Trubin, 2. Yuxim Konoplya, 13. İlya Zabarnı, 17. Aleksandr Zinçenko, 22. Mikola Matvienko, 6. İvan Kalyujnı, 7. Vladislav Vanat, 8. Georgi Sudakov, 14. Oleq Oçeretko, 19. Artyom Bondarenko, 20. Aleksandr Zubkov

Baş məşqçi: Sergey Rebrov.

***

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Bakıda keçirilən Azərbaycan – Ukrayna oyunu başlayıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüş saat 20:00-da start götürüb.

Qarşılaşmanı Yunanıstandan olan hakimlər briqadası idarə edir.

***

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda hesab açılıb.

Tofiq Bəhramov adına Respublika stadionuda keçirilən qarşılaşmada qonaqlar ilk qolu vurublar.

51-ci dəqiqədə Georgiy Sudakov adını tabloya yazdırıb.

***

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda hesab bərabərləşib.

Tofiq Bəhramov adına Respublika stadionuda keçirilən qarşılaşmada ev sahibləri bərabərlik qolunu vurub.

72-ci dəqiqədə Emin Mahmudov əllə oyuna görə təyin olunan penaltini qola çevirib.

***

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan yığması D qrupundakı ilk matçda səfərdə İslandiyaya 5 cavabsız qolla uduzub. Ukrayna isə Fransaya 0:2 hesabı ilə məğlub olub.

Tarix
2025.09.09 / 21:59
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla