Yuxarı

ABŞ nümayəndələri Çində verilən əşyaları zibil qutusuna atdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ nümayəndələri Çində verilən əşyaları zibil qutusuna atdı

ABŞ Prezidenti Donald Trampın nümayəndə heyətinin üzvləri Çini tərk etməzdən əvvəl yerli rəsmilərin onlara təqdim etdiyi bütün əşyaları atmaq məcburiyyətində qalıblar.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə "Nyu York Post" qəzetinin müxbiri Emili Qudi məlumat yayıb.

Jurnalist aydınlaşdırıb ki, təhlükəsizlik qaydalarına görə, Çin ərazisindən təyyarənin göyərtəsinə hər hansı bir əşyanın gətirilməsi qadağan edilib. Bu səbəbdən heyət üzvləri Çin rəsmilərinin amerikalılara verdiyi hər bir şeyi zibil qutusuna atıblar.

"Ağ Ev işçilərinin birdəfəlik telefonları, akkreditasiya kartları, nümayəndə heyəti üçün nişanlar... - biz Bir nömrəli təyyarəyə minməzdən əvvəl bütün bunları topladılar və zibil qutusuna atdılar", - deyə jurnalist qeyd edib.

Xatırladaq ki, Donald Tramp 13-15 may tarixlərində Çinə üçgünlük səfər edib. Bu, Trampın 2017-ci ildəki ilk prezidentlik dövründən bəri, yəni son doqquz ildə Pekinə etdiyi ilk rəsmi səfərdir.

Tarix
2026.05.15 / 20:49
Müəllif
Axar.az
Digər xəbərlər

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

Rusiya səfiri XİN-ə çağırıldı - Etiraz

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla