Yuxarı

Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı, Gəncə və Zərdabda ağaclar kəsildi: 123 minlik ziyan...

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Gəncə şəhərləri və Zərdab rayonunda ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.

Xidmətdən Axar.az-a verilən məlumata görə, araşdırma zamanı Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində, Binəqədi rayonu Azadlıq prospekti 155 ünvanında, Binəqədi rayonu Binəqədi qəsəbəsində, Nizami rayonu Məmməd Səid Ordubadi ilə Şirin Mirzəyev küçələrinin kəsişməsində, Gəncə şəhəri Nizami küçəsində və Zərdab rayonu Qoşaoba kəndi ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 123 min 720 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.

Tarix
2026.05.15 / 20:31
Müəllif
Axar.az
Digər xəbərlər

Dini komitə sədrindən məktəbli geyimləri barədə açıqlama

Misir Mərdanovdan məktəbli formaları ilə bağlı açıqlama

Prezident onun səfəri ilə bağlı video paylaşdı

“Hicab” iddiası ilə məktəblərə hücumun arxasındakı qüvvə...

Prezident təqaüdçülərinin universitetlər üzrə bölgüsü

Muxtarzadə yüksək vəzifəyə təyin olundu

Ukraynadan daha 30 uşaq Azərbaycana gəldi

Bunu Azərbaycandan daha ucuza alırıq - Kobaxidze

İqnasio Kassis bu dəfə Ermənistana gəlir

Kəmaləddin Heydərov iranlı nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla