Yuxarı

Millimizin baş məşqçisinə cinayət işi açıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millimizin baş məşqçisinə cinayət işi açıldı

Azərbaycan Kunq-Fu Federasiyasının peşəkarlardan ibarət yığma komandasının baş məşqçisi Nəriman Cavadzadəyə cinayət işi açılıb.

Axar.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1990-cı ildə Ağsu şəhərində anadan olmuş Nəriman Cavadzadə barəsində iltizam növündə qətimkan tədbiri seçilib.

Onun Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Nəriman Cavadzadə Əbu-Dabi-Bakı aviareysi ilə Azərbaycana gəldiyi zaman çamadanına keçirilmiş gömrük baxışı zamanı 1 640 manat dəyərində siqaret və elektron siqaretlər aşkarlanıb.

Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Nəriman Cavadzadə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, idmançıdır və yığma komandanın baş məşqçisi işləyir. Üzərində 5 ədəd telefon və bir çanta olub. Əşyaları da çantanın içərisinə yerləşdirib. O, 2018-ci ildən gömrük orqanlarında xidmətə başladığını, 2024-cü ilin yanvar ayında öz ərizəsi ilə vəzifədən azad olunduğunu deyib. İdmançı gömrük orqanlarında sonuncu dəfə Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Sərnişin şöbəsində inzibatçı vəzifəsində çalışıb. Onun fikrincə, bu ittiham ona qarşı qərəzin nəticəsidir.

Məhkəmənin qərarı ilə baş məşqçi bir il müddətinə aksiz markası ilə markalanmalı olan məhsulların satış fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə, 2000 manat cərimə edilib.

Çamadanında aşkar edilən 50 qutu "Vozol Vista 20000" markalı elektron siqaret və 18 qutu "Parliament platinum" markalı siqaret dövlət nəfinə müsadirə olunub.

Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Tarix
2025.09.10 / 14:35
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla