Yuxarı

Ronaldo bütün dövrlərin ən yaxşı futbolçusu seçildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ronaldo bütün dövrlərin ən yaxşı futbolçusu seçildi

Portuqaliya millisinin kapitanı və Səudiyyə Ərəbistanının "Ən-Nəsr" klubunun hücumçusu Kristiano Ronaldo "Bütün dövrlərin ən yaxşı futbolçusu" mükafatına layiq görülüb.

Axar.az xəbər verir ki, mükafat sahibinin adı Primeyra mükafatlarının təltifetmə mərasimində açıqlanıb.

Bildirilib ki, 40 yaşlı Kristiano bütöv bir dövrü özü üçün müəyyənləşdirib və dünya futbolunda silinməz izlər buraxıb.

Futbolçunun özü mərasimdə iştirak etməyib. Lakin təşkilatçılar ulduz forvardın mükafatın yanında duraraq, nitq söylədiyi videonu göstəriblər.

Qeyd edək ki, Kristiano Ronaldo "France Football" nəşrinin təsis etdiyi "Qızıl top" mükafatının beş dəfə sahibi olub. Bundan başqa, təcrübəli hücumçu 943 qolla futbol tarixinin rekordçusudur.

Tarix
2025.09.11 / 09:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

Aleksey Kuleba Bakıya gəlir

Liderlər Türküstan Bəyannaməsini imzaladı

Azərbaycana qarşı vuruşan general Almaniyada öldü

Prezident Qazaxıstanda təməlqoyma mərasimində...

İlham Əliyev TDT-nin qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi - Foto

Bayramov Türküstanda TDT XİN başçılarının iclasında - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla