Yuxarı

Qurbanovdan etiraf: Oyunun keyfiyyətini qurban vermişik!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanovdan etiraf: Oyunun keyfiyyətini qurban vermişik!

Çox vacib qələbə əldə etdik. Çempionatda bu cür oyunlarımızın sayı daha çox olmalıdır ki, inkişaf da olsun.

Axar.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının “Zəfər turu”nda “Neftçi”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunmuş mətbuat konfransında deyib.

O, “Neftçi”nin oyununda irəliləyişin olduğunu söyləyib:

“Kollektiv sanki biri-birini tamamlayır. Daha sistemli oyun nümayiş etdirirlər".

Mütəxəssis iki cəbhədə - həm Azərbaycan çempionatında, həm də Çempionlar Liqasında mübarizə aparmağın asan olmadığını deyib:

“İstər-istəməz futbolçulara yükləmələr çox olur. Həddindən artıq çox güc sərf edirlər. Bu barədə narahat oluram. Düzdür, futbolçularımızı qoruyub saxlamaq üçün bəzi matçlarda oyunun keyfiyyətini qurban vermişik. Amma çalışırıq ki, bu sistemə uyğunlaşaq”.

Qeyd edək ki, bu nəticədən sonra Qurban Qurbanovun komandası 23 xalla liderliyə yüksəlib, “ağ-qaralar” isə 15 xalla 7-ci sırada qalıb.

Tarix
2025.11.09 / 22:48
Müəllif
Axar.az
Digər xəbərlər

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

Azərbaycan Ordusunun yaradılmasından 108 il ötür

Elektron ticarətdə sui-istifadənin qarşısı belə alınacaq

Əliyev Berdiməhəmmədovla telefon danışığı apardı

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır - Hacıyev

Azərbaycan İƏT Parlament İttifaqına uğurla sədrlik edəcək

Azərbaycan üzərindən internet tranziti risklidir?

Hacıyev Bakıda Makronun müşaviri ilə görüşdü - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla