Yuxarı

Mostovoydan “Qarabağ”ın qələbəsinə reaksiya

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mostovoydan “Qarabağ”ın qələbəsinə reaksiya

“Qarabağ” - “Ayntraxt” matçının birinci hissəsinə baxdım. Əvvəlcə “Qarabağ”ın ilk qolu vurmasına çox sevindim. Sonra isə iki qol buraxmaları və hesabın 1:2 olması məni məyus etdi. Bundan sonra artıq oyuna baxmadım, düşündüm ki, “Qarabağ” ən yaxşı halda heç-heçə edəcək.

Axar.az Qol.az-a istinadən xəbər verir ki, bunu tanınmış rusiyalı futbol mütəxəssisi, ölkə millisinin sabiq futbolçusu Aleksandr Mostovoy UEFA Çempionlar Liqasında “Qarabağ”ın Ayntraxt” üzərindəki qələbəsini şərh edərkən deyib.

“Amma sonda onların hesabı bərabərləşdirdiyini, ardınca isə daha bir qol vurduğunu görəndə həm təəccübləndim, həm də sevindim! “Qarabağ”da çoxlu legioner çıxış edir, hər şey heyətdən asılıdır. Komanda Çempionlar Liqasına düşməsindən, burada oynamasından, qələbələr qazanmasından və növbəti mərhələlərə yüksəlməsindən zövq almalıdır. Əla haldır!” - deyə Mostovoy bildirib.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ” doğma meydanda Almaniyanın “Ayntraxt” klubunu 3:2 hesabı ilə məğlub edib.

Tarix
2026.01.23 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla