Yuxarı

Meksikalı qadın futbolçu müəmmalı şəkildə öldü

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Meksikalı qadın futbolçu müəmmalı şəkildə öldü

Meksikada qadın futbolçu İzabel Akosta Ernandes müəmmalı şəraitdə dünyasını dəyişib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, bu barədə "Need To Know" məlumat yayıb.

Sinaloa ştatının Masatlan şəhərində yaşayan 19 yaşlı idmançı iyunun 9-da öz evində huşsuz vəziyyətdə aşkarlanıb. Çağırış üzrə gələn tibb işçiləri qızın həyatını xilas edə bilməyiblər. Hüquq-mühafizə orqanları meyitdə hər hansı zorakılıq və ya boğulma izinə rast gəlməyiblər.

Müstəntiqlər onun qaldığı ərazini nəzarətə götürsələr də, hadisə ilə bağlı saxlanılanlar barədə məlumat yoxdur.

Qapıçı mövqeyində çıxış edən Ernandes bir müddət əvvəl ölkə çempionatının üçüncü divizionunda mübarizə aparan "Obson Dinamo" komandasına transfer olunub.

Qadın futbolçunun ölümü ilə bağlı dəqiq səbəblər hələ də naməlum olaraq qalır.

"Need To Know" qeyd edir ki, hazırda Sinaloa ştatının rəhbərliyi ərazidə cinayətkar qruplaşmaların fəallaşması səbəbindən təhlükəsizlik tədbirlərini artırıb. Lakin futbolçunun ölümünün kriminal hadisələrlə əlaqədar olmadığı bildirilir.

Tarix
2026.06.15 / 13:20
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla