Yuxarı

Futbolçularım buna hazır deyildilər - Qurban Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Futbolçularım buna hazır deyildilər - Qurban Qurbanov

Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Maraqlı oyuna şahidlik etdik. Əvvəlcə də bildirmişdim ki, iki eyni səviyyədə olan komandalar qarşılaşacaq. Çox söz danışmağa ehtiyac yoxdur. Futbolçularım xarakter nümayiş etdirdilər.

Axar.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bolqarıstanın MOİK (Sofiya) komandasına qarşı keçirilən cavab oyunundan sonra mətbuat konfransında bildirib.

“Konfrans Liqasının oyununa hazırlaşacağıq. Sadəcə 120 dəqiqə oyun bir az həddindən çox oldu və yorucu idi. Futbolçularımız buna tam hazır deyildilər", - Q.Qurbanov deyib.

Qeyd edək ki, MOİK və "Qarabağ" komandaları arasında baş tutan hər iki görüşdə hesab açılmayıb. Penaltilər seriyasında daha dəqiq çıxış edən (5:4) Bolqarıstan klubu növbəti mərhələyə adlayıb.

Bununla da Ağdam təmsilçisi Avropa Liqasında mübarizəni dayandırıb. Komanda avrokuboklardakı çıxışını UEFA Konfrans Liqasının III təsnifat mərhələsində davam etdirəcək.

Tarix
2026.07.31 / 01:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistan Azərbaycanla enerji əməkdaşlığını nəzərdən keçirir

Bakıda hakimiyyəti zorla dəyişmək istəyən Cəlal kimdir?

Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi

Ceyhun Bayramov AQEM-in baş katibi ilə görüşdü

Azərbaycanla bağlı çağırış edən türk jurnalist axtarışa verildi

Paşinyan Azərbaycanla bağlı suala əsəbiləşdi - Video

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla