AB-dən İrəvana növbəti dəstək: Yeganə ölkədir ki...
16:48
| Ana səhifə İdman |
|
Futbol üzrə Türkiyə millisinin əsas komandasının yeni baş məşqçisi Arda Turan ola bilər.
Axar.az xəbər verir ki, bu barədə türkiyəli idman jurnalisti Yaqub Çinar məlumat yayıb.
Jurnalistin iddiasına görə, Türkiyə Futbol Federasiyası (TFF) Arda Turanın klub karyerasını davam etdirməklə yanaşı, həm də milli komandaya rəhbərlik etməsinə imkan verəcək bir modeli nəzərdən keçirir.
Qeyd edək ki, A.Turan hazırda Ukraynanın “Şaxtyor” klubunun baş məşqçisidir.
Əlavə edək ki, bundan əvvəl TFF-nin hazırkı baş məşqçi Vinçenzo Montella ilə yolları ayıracağı ilə bağlı məlumat yayılıb.
|
Tarix
2026.10.07 / 16:37
|
Müəllif
Samir Soltanov
|