Yuxarı

Arda ilə Fatih Terimi kim barışdırıb?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş futbolçu Rıdvan Dilmən NTV Sporda yayımlanan "100% futbol" proqramında maraqlı açıqlama verib.

Axar.az xəbər verir ki, o, Arda Turanla baş məşqçi Fatih Terimi futbolçu Əmrə Bəlözoğlunun barışdırdığını deyib. Dilmən ulduz futbolçuların milliyə çağırılmasının sevindirici olduğunu bildirib:

"Arda, Səlcuq İnan, Burak Yılmazın milliyə dəvət olunması bizi sevindirdi. Əmrə Bəlözoğluna təşəkkür edirik ki, Arda ilə Fatih Terimi görüşdürdü. Allah ondan razı olsun. Əgər bu iki tərəfi görüşdürməsəydi, Arda yenə də milli komandada olmayacaqdı. Hər şey belə baş verdi: Əmrə Arda Turanla birlikdə olarkən Fatih Terimə zəng edib, daha sonra onları görüşdürüb, beləcə, tərəflər barışıb".

Qeyd edək ki, Avro-2016-dan sonra Arda Turanla baş məşqçi Fatih Terim arasında gərginlik yaşanmışdı. Bundan sonra Terim onu və yuxarıda adı çəkilən digər məşhur futbolçuları milliyə dəvət etməmişdi. Türkiyə futbol yığmasının iki gün əvvəl açıqlanan heyətində isə xüsusən Arda Turanın adının olması hər kəsi sevindirib.

Tarix
2016.11.07 / 10:20
Müəllif
Aqşin Evrən
Şərhlər
Digər xəbərlər

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış etdi

Robert Fikonun şərəfinə rəsmi nahar verildi

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla