Yuxarı

"Qarabağ"a qarşı çox əziyyət çəkdik - Souza

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” çox güclü komandalardan biridi. İtaliyadakı görüşün ilk 25 dəqiqəsində onlara qarşı çox əziyyət çəkdik. Lakin dinamik oyunumuz sayəsində qələbə qazanmışdıq.

APA-nın məlumatına görə, bu sözlər “Fiorentina”nın baş məşqçisi Paulo Souzaya məxsusdur.

İtaliya təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində son görüşündə sabah “Qarabağ”ın qonağı olacaq.

Souza oyunöncəsi mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “Sabahkı oyuna yaxşı hazırlaşmışıq. Topla və topsuz necə oynamağın üzərində çalışmışıq”.

- Bütün məşqi açıq izləməyə şərait yaratmağınız rəqibdən qorxmamağınızdan irəli gəlir?

- Bütün rəqiblərə qarşı hörmətlə yanaşmışıq. “Qarabağ” xüsusi hörmət etdiyimiz komandadı. Onların güclü yerli və əcnəbi futbolçuları, eləcə də yaxşı məşqçisi var. Jurnalistlərə hörmət əlaməti olaraq həmişəki kimi, bu addımı atırıq.

- PAOK-a məğlubiyyətdən sonra daha çox italyan azarkeşlərə görə üzülürdüz, yoxsa azərbaycanlı azarkeşlərin hansı vəziyyətdə olması barədə düşünürdüz?

- Biz həmişə meydana qələbə üçün çıxırıq. Həmin oyuna yaxşı hazırlaşmışdıq. Yaxşı çıxış da etmişdik. Sadəcə, alınmamışdı.

- Oyunda sonuncu dəqiqələrin əhəmiyyəti barədə fikrinizi bilmək istərdik...

- Futbolun gözəlliyi ondadı ki, hər an sürprizlə qarşılaşa bilirsən. Biz meydana qələbə üçün çıxırıq. Mən pozitiv insanam. Oynadıqca təcrübəni daha da artırırsan.

- Start heyətini açıqlaya bilərsinizmi?

- İtaliyalı həmkarlarınızdan soruşsanız, onlar sizə dəqiqliyi ilə deyə bilərlər. Mən heç vaxt oyunçularımdan əvvəl jurnalistlərlə danışmıram.

- “Qarabağ”ın adının tarixçəsini bilirsinizmi?

- Xeyr, təəsssüf ki, bilmirəm. Amma bir şeyi bilirəm ki, bu komanda güclü oyunu sayəsində Avropada yaxşı komanda kimi tanınır.

Tarix
2016.12.07 / 22:06
Müəllif
Axar.az
Digər xəbərlər

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

Prezidentlə Ağ Şəhərdə xoşbəxtlik selfisi...

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla