Yuxarı

Dünyada ilin ən yaxşı güləşçisi - Azərbaycanlı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyada ilin ən yaxşı güləşçisi - Azərbaycanlı

Beynəlxalq Güləş Federasiyası (FILA) tərəfindən 2013-cü ilin yekunlarına əsasən, ilin ən yaxşı güləşçilərinin adları açıqlanıb.

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yığma komandamızın üzvü Saman Təhmasibi yunan-Roma güləşi üzrə 2013-cü ilin ən yaxşı güləşçisi seçilib. 2013-cü ildə keçirilən dünya çempionatında gümüş medal (10 xal), ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsində qızıl medal (6 xal) və Avropa çempionatında 5-ci yer (2 xal) qazanan Saman Təhmasibi yunan-Roma güləşçiləri arasında ən yüksək reytinq xalı - 18 xal toplayaraq "İlin ən yaxşı güləşçisi" adına layiq görülüb.

Qeyd edək ki, FILA idmançıları il ərzində keçirilən mötəbər beynəlxalq yarışlarda (Olimpiya Oyunları, dünya çempionatı, qitə çempionatları, Qızıl Qran Pri turnirinin final mərhələsi) göstərdiyi nəticələrə görə qiymətləndirir ("Trend").

Tarix
2014.03.27 / 17:58
Müəllif
Axar.az
Digər xəbərlər

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

İsraildə seçkinin ilkin nəticəsi - Netanyahu uduzur

Bərdədəki terrordan 6 il ötür

Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..

AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq

Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı

AB indi də Dehliyə ümid edir: Putin onu eşitməyəcək!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla