Yuxarı

Bolqarıstan klubu azərbaycanlı futbolçunu göndərdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bolqarıstanın yüksək liqasında yarışan “Slaviya” klubu düşərgəsində baxışda olduğu azərbaycanlı futbolçu Mirkamil Həşimli ilə bağlı qərarını açıqlayıb.

Qol.az-ın yaydığı xəbərə görə, komandanın baş məşqçisi Vladimir İvanov 21 yaşlı futbolçunu geri göndərdiklərini deyib. O, Antalyada Qazaxıstan "İrtış" komandası ilə matçdan (3:1) sonra bu qərarı verib. M.Həşimli bu oyunda bir hissə oynayıb.

Vladimir İvanov deyib: “Mirkamil pis oyunçu deyil. Amma elə öz futbolçularımız səviyyəsindədir. Bizim siyasətimiz isə ondan ibarətdir ki, əsas komandada öz məktəbimizdən yetişmiş futbolçulara daha çox yer verək".

Qeyd edək ki, Mirkamil Həşimli 2006-cı ildə Türkiyənin U-15 Liqasında "Fənərbaxça"da oynayıb. Sonra sol ayağından zədə alan yarımmüdafiəçi Azərbaycana qayıtmalı olub. Ötən mövsümü "Rəvan"da keçirmiş M.Həşimli hazırda klubsuzdur.

Tarix
2017.01.21 / 21:11
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qusev etimadnaməsini Azərbaycan XİN-ə təqdim etdi

AP-nin komitə üzvü Bakıya qarşı qərəzli mövqeyi pislədi

Nəcməddin Sadıqov mənə bir dəfə 300 min, bir dəfə də...

Ermənistanla sərhəddə 35 sərhəd dirəyi quraşdırıldı

Başkənd qalmaqalı: Dediklərimə cavabdehəm! - Deputat

Nazirlərin görüşü: Biz vasitəçi deyilik - Astana

Şotlandiyanın birinci naziri istefa verdi

Bakının hədəfi var: 300 min azərbaycanlı gəlir - Tatoyan

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla