Yuxarı

Alman narazı, millimiz razı, nəticə isə...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda keçirilən DÇ-2018-in seçmə mərhələsində Azərbaycan-Almaniya qarşılaşmasından sonra baş məşqçilərin verdiyi açıqlama heç də oyundan az maraq kəsb etməyib.

Axar.az xəbər verir ki, Almaniya yığmasının baş məşqçisi Yoahim Löv oyundan razı qaldığını bildirsə də, daha yaxşı oyun gözlədiyini, başqa sözlə desək, komandasından narazılığını dilə gətirib. “Bundan da yaxşısını bacarırıq” deyən qalib komandanın baş məşqçisi Azərbaycan millisini də tərifləyib, 8 il əvvəlki ilə müqayisədə tam fərqli Azərbaycan yığması gördüyünü bildirib. “Müdafiəyə oturmur, əzmkar futbol göstərir, hücuma atılır. Norveçi məğlub edən komandadan söhbət gedir. Azərbaycan yığmasının bugünkü oyunu çox xoşuma gəldi. Ötən illərlə müqayisədə bu komanda çox inkişaf edib”, - Löv deyib.

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki isə möhtəşəm atmosfer olduğunu vurğulayıb və azarkeşlərə təşəkkür edib. Komandasından razılıq edən baş məşqçi “yaxşı, əzmkar oyun” nümayiş etdirdiklərini vurğulayıb.

“Komandamızla fəxr etmək olar” deyə qeyd edən Prosineçki belə rəqiblə çəkinmədən oynadıqlarını, maksimum güc ortaya qoyduqlarını bildirib.

Qeyd edək ki, Almaniya millisinin komandasından narazı qaldığı, Prosineçkinin isə öz komandası ilə fəxr etdiyi oyunda Almaniya millisi Azərbaycan millisini 4-1 udub.

Tarix
2017.03.26 / 23:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan 29,7 min kv.km istəyir? Onda bədəl ödəsin!

İlham Əliyev Datuk Mutanq Taqalı qəbul etdi

Ceyhun Bayramov Qətərə yola düşdü

Bakı Başkəndi vermədən 4 kəndi necə azad edə bilər?

Prezident Yan Vanmini qəbul etdi

Paşinyan Putinə yardım edir - Avropa mediası

Ermənilərin türklərə qarşı soyqırımı... – Yeni xəritə

Azərbaycan nefti və qazı Avropaya uzun illər lazım olacaq

Sülhməramlılar Laçından Ermənistana keçdi - Video

İranlı nazir Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla