Yuxarı

"Qarabağ"ın rəqibləri bəlli oldu: "Dinamo Moskva" və...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ”ın hazırlıq planına böyük ölçüdə aydınlıq gəlib.

Bu barədə APA-ya klubun meneceri Asif Əsgərov məlumat verib.

O bildirib ki, iyunun 1-də Bakıda bir araya gələcək komanda 15 gün sonra təlim-məşq toplanışı üçün Avstriyaya yollanacaq. Ağdam təmsilçisinin bu ölkədə neçə gün qalacağı Çempionlar Liqasının püşkatmasından asılı olacaq.

Belə ki, “Qarabağ” II təsnifat mərhələsində ilk görüşünü Bakıda keçirsə, Qurban Qurbanovun yetirmələri vətənə erkən qayıdacaqlar. Əks təqdirdə, yəni ilk matçına səfərdə çıxacağı halda, komandanın Avstriya toplanışının müddəti uzanacaq.

Əsgərov vurğulayıb ki, “Qarabağ” hazırlıq müddətində minimum 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi də artıq müəyyənləşib. Azərbaycan çempionu ilk matçını iyunun 20-də Rusiya təmsilçisi “Terek”ə qarşı keçirəcək. Ayın 24-də Sofiya MOİK-i ilə üz-üzə gələcək ağdamlılar 4 gün sonra yenidən meydana ayaq basacaqlar. Budəfəki rəqib isə Rusiya Premyer Liqasına qayıdan “Dinamo” (Moskva) olacaq.

Qurban Qurbanov yetirmələrini daha 1 və ya 2 sınaq matçında yoxlaya bilər. Bu isə iyunun 19-da keçiriləcək püşkatmadan asılı olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 11-12 iyul, cavab görüşləri isə bundan 1 həftə sonra keçiriləcək.

Tarix
2017.05.26 / 19:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla