Yuxarı

“Ramillə bağlı nə demişəmsə, üstündə dururam”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Altı il qabaq verdiyim müsahibələri çıxarıb deyirlər ki, o vaxt belə demisən. Nə demişəmsə, üstündə dururam. Altı il öncə Ramil fərarilik edib. Mən bunu təkrar edirəm. Onun bu gün dünya çempionu olmasına bunun heç bir dəxli yoxdu. Bəli, Ramilə qaçmağı biz öyrətmişik.

Axar.az xəbər verir ki, bu sözləri Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə deyib.

“Bu sözlər Ramilin idmançı olaraq deyil, onun şəxsiyyəti ilə əlaqəlidir. Məndən soruşanda ki, onda hər hansı bir uğur, nəticə alına bilərmi? Deyirdim yox. Çünki olmurdu. 2015-ci ilə qədər onun yaxşı bir nəticəsi olmamışdı.

Ramil Azərbaycanda ilk dəfə olaraq 19 yaşlı idmançı olaraq heç bir nəticə əldə etməsə də, cənab prezidentimizin göstərişi ilə evlə təmin olunub.

O öz müsahibəsində deyir ki, o pulu ancaq klubdan alır. Bəli, bütün dünyada belədir. Bizdə də maaşını “Neftçi”dən alırdı. Heç kimdən əskik maaş almayıb”.

Xatırladaq ki, bir neçə il öncə Çingiz Hüseynzadə verdiyi müsahibəsi zamanı Ramil Quliyevi fərari adlandırmış, onda türk qanının olmadığını bəyan etmiş, ölkəyə qayıdacağı təqdirdə qəbul olunmayacağını açıqlamışdı.

Tarix
2017.08.15 / 15:11
Müəllif
Rəfiqə Əlisafa
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla