Yuxarı

Premyer Liqa: “Qəbələ” “Sumqayıt”a qarşı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha 2 oyunu keçiriləcək.

Report-un məlumatına görə, qarşılaşmalar bölgələrdə təşkil olunacaq.

Əvvəlcə "Kəpəz"lə "Zirə" üz-üzə gələcək. Bu matç Gəncə şəhər stadionunun ot örtüyündəki təmir işləri ilə əlaqədar Yevlax şəhər stadionuna salınıb. İlk turda "Kəpəz" səfərdə "Sumqayıt"a 1:2 hesabı ilə uduzubsa, "Zirə" evdə eyni hesabla "Səbail"ə qalib gəlib. Ümumilikdə isə bu komandalar indiyədək 8 dəfə üz-üzə gəlib. Bunların 3-də "Kəpəz", 2-də "Zirə" üstün olub, 3 oyunda qalib müəyyənləşməyib. Topların nisbəti də "Kəpəz"in xeyrinədir - 10:8. Digər tərəfdən, əvvəlki qarşılaşmalarda səfər komandaları qələbə qazanmayıblar. Son 4 görüşdə meydan sahibi qol buraxmadan qalib gəlib. Saat 17:00-da başlanacaq matçı Rəvan Həmzəzadə idarə edəcək.

Turun son matçı isə "Qəbələ" ilə "Sumqayıt" arasında olacaq. Hər iki komanda ilk turu qələbə ilə başa vurub. Ev oyunundan qalib ayrılan "Sumqayıt" kimi "Qəbələ" də səfərdə "İnter"i yenməyi bacarıb - 2:1. Əvvəlki 20 matçın 13-də “Qəbələ”, 2-də “Sumqayıt” üstün olubsa, 5 görüşdə qalib müəyyənləşməyib. Topların nisbəti də "qırmızı-qaralar"ın xeyrinədir - 38:16. Bununla yanaşı, “Qəbələ” indiyədək baş tutmuş bütün oyunlarda qol sevinci yaşayıb. “Sumqayıt” isə 10 səfər qarşılaşmasında yalnız 1 xal qazanıb. Saat 20:00-da start götürəcək oyun FİFA referisi Əliyar Ağayevə tapşırılıb.

Azərbaycan Premyer Liqası

II tur

20 avqust (bazar)

17:00. “Kəpəz” – “Zirə”

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Vüsal Qənbərov, Rəhim Həsənov

AFFA nümayəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Əhmədağa Cabbarov

Yevlax şəhər stadionu

20:00. “Qəbələ” – “Sumqayıt”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Ömər Paşayev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Şahin Cəfərov

Qəbələ şəhər stadionu

Qeyd edək ki, ilk oyun günündə "Səbail" "Neftçi"ni, "Qarabağ" "İnter"i minimal hesabla yenib - 1:0.

Tarix
2017.08.20 / 11:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla