Yuxarı

"Marca" qəzeti "Qarabağ"ın atmacasından yazdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ"ın rəsmi "Feysbuk" səhifəsinin dünən Avropa Liqasının 1/16 final mərhələsində "Kopenhagen" - "Atletiko" matçı öncəsi atmacalı paylaşımı İspaniyada geniş əks-səda doğurub.

Qol.az-ın məlumatına görə, ölkənin dünyaca məşhur “Marca” və “El Mundo Deportivo” nəşrləri öz səhifələrində sözügedən paylaşıma yer ayırıblar.

“Qarabağ”ın bu paylaşımla hər iki klubu əla saldığını qeyd edən “Marca” “Atletiko”nun bundan dərs çıxarmalı olduğunu vurğulayıb.

“El Mundo Deportivo” isə “Qarabağ”dan Kopenhagendəki qurbanlarına acı salam: “Ümid edirik ki, bizi unutmayacaqsız” başlıqlı xəbərdə Ağdam klubunun “Kopenhagen”i Mahir Mədətov və Dino Ndlovunun qolları sayəsində Çempionlar Liqasından kənarlaşdırmağı, eyni zamanda ÇL-in qrup mərhələsində “Atletiko”dan hər iki görüşdə xal alıb, komandanı Avroliqaya göndərməyi qeyd olunub.

Qeyd edək ki, “Qarabağ” ÇL-də bu mövsüm qarşılaşdığı 2 rəqibinə oyundan əvvəl söz atıb. “Atletiko” və “Kopenhagen”in loqolarının yer aldığı şəkili paylaşan Ağdam klubunun rəsmi “Feysbuk” səhifəsi fotonun üstündə bu sözləri yazıb: "Qarabağ"ımızı unutmayacaq iki rəqibimizə də uğurlar arzulayırıq".

Tarix
2018.02.16 / 20:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

4 kəndin geri qaytarılması regionda... - Yıldız

Əli Xamenei azərbaycanlı milyarderi əfv etdi

Ermənilər qorxuda: Almatı danışıqlarının arxasındakı ölkə...

Doha Bəyannaməsi qəbul edildi: 4 kəndin qaytarılması, sülh...

Bayramov Qətərin baş naziri ilə görüşdü

253 azərbaycanlı Ermənistana aparılıb - Səmədov

Makron geri çağırdığı səfiri niyə Bakıya qaytardı? - İsti şərh

Almatı Bəyannaməsində sərhəd varmı? - Tam mətn

Türk ordusu bu ölkəyə girir: 300 km en, 40 km dərinlik…

Makronun geri çağırdığı səfir Bakıya qayıtdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla