Yuxarı

Son 4 gün: ya “Qarabağ” ya... - Açıqlama/Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Son 4 gün: ya “Qarabağ” ya... - Açıqlama/Foto

Azərbaycan o böyük günə hazırlaşır. Dörd gün sonra minlərlə insan ya "Qarabağ", ya da "Qarabağ" deyə meydanda hayqıracaq.

Axar.az xəbər verir ki, sentyabrın 18-də Tofiq Bəhramov adına stadionda Fransanın "Sent Etyen" klubunu qonaq edəcək Ağdam təmsilçisinin düşərgəsində yüksək ovqat var.

Komandanın əvəzedici heyətinin baş məşqçisi Borçe Xrisov da rəqibi tanımaq üçün "Sent Etyen" – "Kan" matçını (1:0) canlı izləməyə gedib. "Qarabağ"ın bolqarıstanlı mütəxəssisi baş məşqçi Qurban Qurbanovun tapşırığı ilə Fransada olub.

Xrisovun fransızlarla bağlı qeydlər götürməsi rəqibin baş məşqçisini də narahat etməyə bilməyib.

"Sent Etyen"nin baş məşqçisi Kristof Qaltye "Qarabağ"la oyunun çətin olacağını bildirib: "Biz çempionatda beş matçdan 10 xal toplamışıq. Bu, futbolçularımın cəsarəti və fədəkarlığı sayəsində olub. Ev oyunlarında qələbə seriyamızı davam etdiririk.

Gələn həftə növbəti uğura can atacağıq. Ancaq bizi səfərdə daha çətin qarşılaşma gözləyir. Avroliqanın qrup mərhələsində qarşılaşacağımız "Qarabağ" kiçik komanda deyil. Bilirik ki, rəqibin stadionu azarkeşlərlə tam dolu olacaq. Biz də öz gücümüzə inanmalıyıq".

Bu oyuna təkcə azərbaycanlı və fransız azarkeşlər tərəfindən ciddi maraq yoxdur. Eyni zamanda Avropa və Rusiyada bu matça diqqət göstərilir. Elə bunun nəticəsidir ki, "Qarabağ"ın "Sent Etyen"lə keçirəcəyi ev oyunu Azərbaycan və Fransa telekanalları ilə yanaşı, Rusiya NTV-sində də canlı yayımla nümayiş etdiriləcək.

Qeyd edək ki, oyun saat 21:00-da başlayacaq. Bu oyuna biletlər sabah saat 09:00-dan etibarən Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında satışda olacaq.

Xatırladaq ki, əfsanəvi Mişel Platini bu klubda top qovub.

Tarix
2014.09.14 / 14:45
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Bakıda dini liderlərin mühüm iclası başladı

AB-nin xüsusi nümayəndəsi Azərbaycana səfərindən yazdı

Vüsal Aslanovdan yüksək vəzifəyə təyinat

Deputatın şok sərvəti üzə çıxdı

Kəlbəcər sakinlərinə xoş xəbər

Paşinyan Göyçə gölündə çimdi - Video

“Belem Missiyası” çərçivəsində məsləhətləşmə keçirildi - XİN

Bu faciəni hələ də xatırlayırıq - Hacıyev

Qarabağda bunları görmək məni məyus etdi – BMT rəsmisi

Bu ölkə Qarabağda aqroşəhərcik tikəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla