Yuxarı

Çox çay içənlərin diqqətinə!

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çox çay içənlərin diqqətinə!

Bəzi insanlar çay içdikdən sonra özlərini pis hiss edə bilərlər.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı tibb elmləri namizədi İrina Berejnaya deyib.

Onun sözlərinə görə, çay istehlakı tərkibindəki yüksək dozada kofein səbəbindən orqanizmdə xoşagəlməz reaksiyalara yol aça bilər:

"Çayda qəhvəyə nisbətən dörd dəfə çox kofein var. Təbii kofein adətən orqanizm tərəfindən yaxşı qəbul edilsə də, bəzi insanlarda ona qarşı xüsusi həssaslıq mövcuddur".

Həkim qeyd edib ki, çaydakı kofeinə qarşı bu həssaslıq qarın ağrısı, həzm pozğunluqları və ya baş ağrısı kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Bundan əlavə, yüksək kofein tərkibli çay qan təzyiqinin yüksəlməsinə və taxikardiyanın (ürək döyüntülərinin sürətlənməsi) yaranmasına gətirib çıxara bilər.

Berejnaya əlavə edib ki, günün ikinci yarısında və ya axşam saatlarında çay içməkdən çəkinmək daha yaxşıdır:

"Çayı uyğun olmayan vaxtlarda içməyi vərdiş halına salmaq, hətta kofeini normal qəbul edən insanlarda belə yuxu pozğunluğuna səbəb ola bilər”.

Həkim həmçinin bildirib ki, yeməkdən dərhal sonra çay içmək məsləhət deyil. Çayın tərkibindəki yüksək miqdarda tanninlər qida maddələrinin, vitaminlərin və mikroelementlərin orqanizm tərəfindən mənimsənilməsinə mane olur. Çayı yeməklər arasında içmək daha düzgündür və çayı çox tünd etməyin.

Tarix
2026.11.13 / 02:14
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla