Yuxarı

AOK prezidenti Bakıdan mesaj verdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
AOK prezidenti Bakıdan mesaj verdi

Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkinin Bakıya növbəti səfəri başa çatıb.

Axar.az xəbər verir ki, səfər zamanı P.Hikkiyə Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) tərəfindən hazırlıq işlərinin gedişi barədə məlumat verilib. Patrik Hikki deyib:

"Bakı-2015 komandası tərəfindən son aylarda əldə edilmiş belə əhəmiyyətli irəliləyişi görmək məni hədsiz dərəcədə ruhlandırdı. Bu, inkişaf etdirilmiş və təkmilləşdirilmiş idman proqramı barədə son məlumatları almaq üçün dəyərli imkan idi. Əminəm ki, Bakı-2015 bütün dünya üzrə çoxnövlü idman yarışları standartını yaradacaq ilk Avropa Oyunlarının innovativ və mükəmməl surətdə keçirilməsi ilə bağlı gözləntilərimizi doğruldacaq".

Qeyd edək ki, gələn il iyunun 12-dən 28-dək keçiriləcək birinci Avropa Oyunlarında ümumilikdə 20 idman növü üzrə altı mindən artıq idmançı birincilik uğrunda mübarizə aparacaq. İdmanın doqquz növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq.

Tarix
2014.09.23 / 21:47
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Bayramov və Mirzoyan TRİPP-ə həsr olunmuş tədbirdə...

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Ermənistanın Azərbaycana ixrac etdiyi məhsulun adı açıqlandı

Pezeşkian danışanda nümayəndə heyətimiz zaldan çıxıb?

Şad xəbər: Bu ərazilərdə yüksək maaşlı iş yerləri açılır

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Azərbaycanda cərimə meydançası ilə bağlı rüsumlar müəyyənləşdi

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla