Yuxarı

Ronalda "Yuventus"da ilk qolunu vurdu - Rəsmi oyunda

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya A Seriyasının dördüncü turunun növbəti oyunları keçirilib.

Axar.az xəbər verir ki, "Allianz" stadionunda keçirilən qarşılaşmada A Seriyasında hələ də məğlubiyyət bilməyən iki klub - "Yuventus" və "Sassuolo" üz-üzə gəlib. İlk üç oyununda qol vura bilməyən "Qoca sinyora"nın yeni transferi Kristiano Ronaldo "Sassuolo" ilə görüşdə iki qolla yadda qalıb. Birinci hissədə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab dəyişməyib.

Fasilədən sonra matçın 50-ci və 65-ci dəqiqələrində Ronaldo iki dəfə fərqlənərək, "Yuventus" klubunu hesabda önə çıxarıb. Qonaqlar oyunun sonuna yaxın qollardan birinin əvəzini çıxıblar. Babakar adını tabloya yazdırıb. Beləliklə, Ronaldo "Yuventus" klubunun heyətində ilk rəsmi oyununda iki qol vuraraq turinlilərə qələbə qazandırıb.

Turun gözlənilməz hesabı isə Romada qeydə alınıb. "Roma" doğma meydanda 2:0 hesabı ilə irəlidə olsa da, "Kyevo" klubu oyunun sonlarına yaxın hesabı bərabərləşdirməyə nail olub.

Tarix
2018.09.16 / 20:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla