Yuxarı

Foqts: “Azərbaycanda futbol ancaq pul üçündür”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Foqts: “Azərbaycanda futbol ancaq pul üçündür”

Milli komandamızdan istefa verən Berti Foqts ilk geniş müsahibəsini ölkəsinin Suedkurier.de saytına verib.


Axar.az xəbər verir ki, almaniyalı çalışdırıcı yenə günahı özündə görməyərək azərbaycanlı oyunçulardan narazılığını bildirib.

Apasport.az müsahibəni alman saytına istinadən yayıb. Foqts bildirib:

"Artıq Azərbaycan yığmasında işləməkdən təngə gəlmişdim. İtaliyaya qarşı oyundan 3 gün sonra Xorvatiya ilə matça futbolçularda güc qalmamışdı. Niyə? Ona görə ki, ordakı 7 illik fəaliyyətim dövründə futbolçulardan yalnız çox çalışmalı, çox qaçmalı olduqlarını tələb etsəm də, məni eşitməzliyə vurdular. Belə davam edə bilməzdim. Ona görə də məntiqli addım atdığımı düşünürəm".

Alman mütəxəssis deyib ki, Azərbaycanda oynanılan futbol ancaq pul üçündür:

"Oyunçular futboldan həzz almır. Orda futbolla yaşamırlar. Mən onlara ölkə xaricinə üz tutmağı, orda təkmilləşəcəklərini məsləhət görürdüm.

Ancaq belə olsaydı, futbolçular Azərbaycanda qazandıqlarının yalnız 1/5 hissəsini əldə edəcəkdilər. Ona görə də heç hara getmirdilər. Mən Avropa çempionatının seçmə mərhələsi üçün komandanı gəncləşdirdim.

Ancaq şərait eyni olaraq qalırdı. Belə oyunçularla mən çox işləməyi daha istəmədim. Hələ mənim aynada özümə baxan vaxtımdır".

Tarix
2014.10.18 / 13:28
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla