Yuxarı

BMT-də Bakı-2015-in təqdimatı keçirildi - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
BMT-də Bakı-2015-in təqdimatı keçirildi - Foto

Azərbaycan Respublikasının gənclər və idman naziri, "Bakı-2015" ilk Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov BMT Baş Məclisində "İnkişaf və sülh naminə idman" mövzusunda çıxış edib.

AzərTac xəbər verir ki, çıxışında "Bakı-2015" ilk Avropa Oyunları barədə danışan A.Rəhimov deyib ki, 17 gün ərzində davam edəcək mötəbər tədbirdə Avropadan olan 6 mindən çox idmançı 20 idman növündə sülh, ədalət, dostluq və birlik prinsipləri əsasında yarışacaq. Avropa Oyunlarına hazırlaşmaq üçün iki ildən bir az çox vaxtın qalmasına baxmayaraq, Azərbaycan bu ilk Oyunları ən yüksək səviyyədə keçirmək əzmindədir.
Nazir "Bakı-2015" birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə görülən işlərdən danışıb, Oyunların keçirilməsi üçün tikilən yeni idman obyektləri barədə məlumat verib.

A.Rəhimob deyib: "Orta yaşı 30,1 olan ölkə əhalisinin böyük hissəsini gənclər təşkil edir. Əhalinin 40 faizi 24 yaşın altındadır. Biz xalqımızı gözəl idman infrastrukturu ilə təmin etməyi öhdəliyimiz və məqsədimiz olaraq hiss edirik. Təkcə son 10 il ərzində ölkə ərazisində dünya standartlarına cavab verən 50-dən çox idman obyekti inşa etmişik. Vətəndaşlarımız üçün tamamilə ödənişsiz olan bu infrastruktur əhalimizin idman obyektlərindən daha geniş istifadəsini təmin edir.

Sonra Baş Məclisin qərargahında "Bakı-2015" Avropa Oyunlarına həsr olunmuş rəsmi qəbul təşkil edilib.
Qəbulda A.Rəhimov 2015-ci ilin iyununda Bakıda keçiriləcək Avropa Oyunları haqqında əsas faktlardan və Azərbaycanın dünya idmanına verdiyi töhfələrdən danışıb: "Azərbaycan dünyada idman dövləti kimi tanınmağa başlayır. Ölkəmiz böyük tədbirlərə ev sahibliyi etməklə mühüm təcrübə qazanıb".

Gələn il iyunun 12-dən 28-dək keçiriləcək "Bakı-2015" Avropa Oyunları qitə üçün çoxsaylı idman növləri üzrə təşkil ediləcək çox maraqlı və innovativ yarışlar olacaq.

"Bakı 2015" Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək. Bunlardan 16-sı Olimpiya, dördü qeyri-Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində Avropanın müxtəlif ölkələrindən 6 mindən çox idmançının öz ölkələrini təmsil edəcək.

İdmanın doqquz növü 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon və voleybol daxildir.

Xatırladaq ki, birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilib. "Bakı 2015" Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.

Tarix
2014.10.21 / 21:05
Müəllif
Axar.az
Digər xəbərlər

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla