Yuxarı

“Qarabağ”dan şou, "Xəzər Lənkəran"dan çətin qələbə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Topaz Premyer Liqasında XI turun qarşılaşmalarına yekun vurulub.

Apasport.az məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə ərəfəsində klublar son matçlarına çıxıblar.

Eyni gündə baş tutan bütün qarşılaşmalar Qəbələdə start götürüb. Fasiləyə lider kimi yollanmaq iddiasında olan "Qəbələ" "Bakı"nı qəbul edib. Hərəyə 1 qol vuran komandalar xalları yarı bölüb.

Günün ikinci oyununda zirvə savaşında mübarizə aparan, son 4 görüşdə qolsuz heç-heçə edən "İnter" səfərdə ardıcıl 5 məğlubiyyətlə mövsümün antirekorduna şərik olan "Sumqayıt"ın qonağı olub. Bu görüşdə də qalib müəyyənləşməyib – 0:0.

İlk pillədən 1 xal uzaqda olan "Neftçi" paytaxt derbisində AZAL-ı sınağa çəkib. "Flaqman" "təyyarəçilər"ə divan tutub. Matç 4:0 hesabı ilə "Neftçi"nin xeyrinə başa çatıb.

Liderlə autsayderin matçı isə tura yekun vurub. Vahid liderliyini qorumaq iddiasında olan "Qarabağ" 8 turdu qələbənin nə olduğunu bilməyən "Araz-Naxçıvan" səddini keçməyə çalışıb. Ağdam klubu autsayderi darmadağın edib – 4:0.

Qeyd edək ki, bu matçlardan sonra Premyer Liqada yaranacaq fasilə noyabrın 19-da bitəcək.

Tarix
2014.11.02 / 22:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla