Yuxarı

Şeydayev ad günündə komandasına qələbə qazandırdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev "Krılya Sovetov"un heyətində Rusiya Premyer Liqasında ardıcıl üçüncü oyunda qol vurub.

Report-un məlumatına görə, 23 yaşlı hücumçu bu dəfə XX turun "Anji" ilə səfər matçında fərqlənib.

O, 2:0 hesabı ilə qalib gələn komandasının ikinci qolunun müəllifi olub. 63-cü dəqiqədə meydana daxil olan Şeydayev 88-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Matçda birinci qol isə Azərbaycan əsilli Aleksandr Səmədovun ötürməsindən sonra vurulub.

Bununla da, "Krılya Sovetov" "Anji" ilə matçlarda məğlubiyyətsiz oyunlar seriyasını 7-yə çatdırıb. Mahaçqala komandası sonuncu dəfə Samara təmsilçisinə 24 avqust 2014-cü ildə qalib gəlib - 2:1.

"Krılya Sovetov" həm də 19 oyundan 24 xalla turnir cədvəlində 10-cu pilləyə yüksəlib. Növbəti görüşdə rəqib Tula "Arsenal"ı olacaq. Oyun martın 29-da Samarada keçiriləcək.

Qeyd edək ki, ötən gün Ramil Şeydayevin 23 yaşı tamamlanıb.

Tarix
2019.03.16 / 00:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla