Yuxarı

Heydər Əliyev Fondu Parisdə təqdimat keçirəcək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 26-da Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə Parisdə "Bakı 2015" Birinci Avropa Oyunlarının təqdimat mərasimi keçiriləcək.

Bu barədə Trend-ə Heydər Əliyev Fondundan məlumat verilib.

Tədbir çərçivəsində qonaqlar "Baku 2015"ə həsr olunmuş bürünc heykəllərdən ibarət sərgi ilə tanış olacaqlar.

"Biz birlikdə" adlanan bu sərgidə Azərbaycan heykəltəraşlarının 20-dən çox əsəri nümayiş etdiriləcək. Daha sonra tədbir iştirakçılarına ilk Avropa Oyunlarına həsr edilən film təqdim olunacaq. Filmdə bu mötəbər idman yarışına Bakıda aparılan hazırlıq işləri, yaradılan idman infrastrukturu və həyata keçirilən digər tədbirlər əksini tapıb.

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin skripkaçı xanımları ifaları ilə tədbirə özünəməxsus rəng qatacaq.

Mərasimin sonunda qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri təqdim ediləcək.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə bu vaxtadək Kann, Afina, Berlin və İstanbul şəhərlərində "Bakı 2015" Birinci Avropa Oyunlarının təqdimatı keçirilib. Bu tədbirlərin hər biri Azərbaycanın tarixi və mədəniyyətinə dair müxtəlif təqdimatlarla yadda qalıb. Qeyd olunan tədbirlərin məqsədi ilk dəfə olaraq keçiriləcək Avropa Oyunları, eləcə də ölkəmizin bu yarışlara hazırlığı barədə digər ölkələrin izləyicilərinə məlumat vermək, Azərbaycanın mədəniyyət və incəsənətinin, adət-ənənəsinin təbliğidir.

Tarix
2014.11.26 / 09:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan Almatıya ciddi hazırlaşır: Rubinyan da gedəcək

Əliyevə dedim ki, biz özümüz də Azərbaycan kimi... - Fiko

Azərbaycan bu ölkə ilə silah istehsal edəcək

Səfirimizdən Qərb jurnalistlərinə çağırış

Paşinyan işarə etdi: Bakıya gəlir?

NATO rəsmisi Kostanyanla sərhədi müzakirə etdi

Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatdı

Robert Fiko Şəhidlər xiyabanını ziyarət etdi

Prezidentin Fiko ilə geniş tərkibdə görüşü başa çatdı

Bolqarıstan prezidenti Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla