Yuxarı

Millimizin baş məşqçisi jurnalistlərdən futbolçu istədi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Bakcell Arena" futbol üzrə Azərbaycan milli komandasının açıq məşqi olub.

Report xəbər verir ki, Litva yığması ilə yoldaşlıq matçı üçün hazırlıq prosesinə düşərgədə yer alan 22 futbolçunun hamısı qatılıb.

Məşq zamanı baş məşqçi Nikola Yurçeviç jurnalistlərə yaxınlaşaraq söhbətləşib. O, Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsinin ilk turunda Xorvatiyaya səfərdə 1:2 hesabı ilə uduzduğu matçda hansı futbolçunun ən yaxşı, hansının isə ən zəif təsir bağışladığını soruşub. Ümumi fikir ən yaxşının Eddi İsrafilov və Ramil Şeydayev, ən zəifin isə Dimitri Nazarov olması əsasında formalaşıb.

Xorvatiyalı mütəxəssis media nümayəndələrindən ona hazırda heyətdə yer almayan futbolçuları təklif etməyi rica edib. Bu zaman "Qəbələ"nin hücumçusu Rauf Əliyev, Türkiyə "Boluspor"undan Ufuk Budak kimi oyunçuların adları çəkilib.

Qeyd edək ki, martın 25-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Litva oyunu saat 18:00-da başlayacaq.

Tarix
2019.03.24 / 18:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla