Yuxarı

"Qəbələ" xorvatiyalı oyunçu ilə anlaşdı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qəbələ" xorvatiyalı oyunçu ilə anlaşdı - Foto

“Qəbələ” futbol klubu növbəti transferini gerçəkləşdirib.

Axar.az klubun saytına istinadən xəbər verir ki, 2019-2020-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Qırmızı-qaralar” xorvatiyalı yarımmüdafiəçi İvitsa Yuniçi heyətinə qatıb. Otuz bir yaşlı müdafiəçi ilə 2019-cu ilin sonunadək qüvvədə olan müqavilə imzalanıb.

Arxa xətt oyunçusu peşəkar karyerasına Bosniya və Herseqovinanın “Tomislav” klubunda başlayıb. İ.Yuniç sonra Avstriyanın “Singeringer”, “Markt Sankt Martin”, “Donau Lanqenlebarn”, “Austriya-2”, “Mattersburq-2”, “Şteqensbax”, Polşanın “QKS”, Ukraynanın “Volın”, “Çernomorets”, Rusiyanın “Orenburq” klublarında çıxış edib. Sonuncu mövsümün birinci yarısını Qazaxıstanın “Atırau” komandasında keçirən futbolçu bu ölkə çempionatında 18 matçda 2 qol vurub.

Xatırladaq ki, “Qəbələ” klubu daha əvvəl Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev, Kristian Kouakou və Klesio Baukunu heyətinə cəlb edib.

Tarix
2019.07.19 / 21:15
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

XİN rəhbərlərinin üçtərəfli görüşü keçirildi - Foto

Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam

Bu böhranların həllinə mane olan amillərdən biri... - Fidan

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Bu axşam Bakıdan İrəvana təyyarə uçacaq

Rusiyanın bir gündə 6 bombardmançısı məhv edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla