Yuxarı

Hamilton Rusiya Qran-Prisinin qalibi oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hamilton Rusiya Qran-Prisinin qalibi oldu

“Mersedes”in britaniyalı pilotu Luis Hamilton Formula 1 üzrə Rusiya Qran-Prisinin qalibi olub.

Axar.az xəbər verir ki, uzunluğu 5848 metr olan Soçi avtodromunda təşkil olunan mövsümün 16-cı yarışında pilotlar 53 dövrə vurublar. Bütün rəqiblərini qabaqlayan L.Hamilton cari mövsümdə 9-cu, karyerasında isə 82-ci qələbəsini qazanıb. Onun komanda yoldaşı Valtteri Bottas yarışı ikinci, Şarl Lekler (“Ferrari”) isə üçüncü pillədə başa vurub.

Pilotların yarış cədvəlinə 322 xalla L.Hamilton başçılıq edir. V.Bottas 249 xalla ikinci, Ş.Lekler isə 215 xalla üçüncüdür.

Konstruktorlar kubokunda isə “Mersedes” 571 xalla birinci yerdədir. Hesabında 408 xal olan “Ferrari” ikinci, “Red Bull Racing” 311 xalla üçüncü pillədə qərarlaşıb.

Növbəti yarış iki həftədən sonra Yaponiyada keçiriləcək.

Tarix
2019.09.29 / 19:03
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım etdi

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla