Yuxarı

Teymur Rəcəbov çinli rəqibinə uduzdu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Teymur Rəcəbov çinli rəqibinə uduzdu

Bu gün Rusiyanın Xantı-Mansiysk şəhərində şahmat üzrə Dünya Kubokunun final matçının ikinci oyunu başa çatıb.

Şahmat Federasiyasından Axar.az-a bildirilib ki, dünya kubokunun həlledici matçda həmyerlimiz Teymur Rəcəbovla çinli Dinq Liren qarşı qarşıya gəlib və finalın ikinci partiyası çinli şahmatçının qələbəsi ilə nəticələnib.

Qeyd edək ki, Teymur Rəcəbov həmçinin Dünya Kubokunun finalına çıxan ilk azərbaycanlı kimi də tarixə düşüb. İndiyədək heç bir şahmatçımız bu mötərəbər yarışın finalına qədər irəliləyə bilməyib.

Xatırladaq ki, final matçı dörd oyundan ibarətdir. Bu oyunlarda qalib müəyyənləşməsə, tay-brek oynanılacaq.

Oyunlar Bakı vaxtı ilə saat 14:00-da başlayır.

Finala vəsiqə qazanan Teymur Rəcəbov həmçinin 2020-ci ildə keçiriləcək İddiaçılar Turnirinə birbaşa vəsiqə də qazandı.

Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Teymur Rəcəbovla Dinq Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.

Tarix
2019.10.01 / 21:15
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Simonyanın Qarabağla bağlı sözlərinə cavab

Həsrətə son qoyuldu, bu, misilsiz bir duyğudur

Bakıda keçirilən dünya çempionatı başa çatdı - Video

Şuşanın azad olunmasından 6 il ötür

Azərbaycanda Zəfər Günü qeyd olunur

Ruslara yalvardım ki, müharibəni dayandırın, biz qardaşıq

Paşinyandan etiraf: İlham Əliyevlə söhbətlər zamanı…

Ərdoğan sabah Qarabağa gəlir

Azərbaycanla bağlı qürur hissi keçirirəm - Süleymenov

Prezident Qarabağ müharibəsindən görüntülər paylaşdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla